TG Telegram Group Link
Channel: NURUS_SƏQƏLEYN_313
Back to Bottom
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Allah sənə rəhmət eləsin!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Allah zülm edən əllərini kəssin, kəsəcəkdə inşaAllah!!
Forwarded from NURUS_SƏQƏLEYN_313 (Qarib- Əl-Quraba)
27-ci günün duası:

🤲🏻 İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!

🤲🏻 Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://hottg.com/Nurus_Seqeleyn_313
📚ARİFLƏRİN HÜZURUNDA


📌 Ayətullah Behcət belə nəql edir: "Ayətullah Qərəvi elmi fəaliyyətləri ilə yanaşı ibadətə də çox əhəmiyyət verərdi. Kənardan baxana elə gələrdi ki, onun ibadət etməkdən başqa, bir işi yoxdur. "Aşura" ziyarətnaməsini oxumaq və "Cəfəri-Təyyar" namazını qılmaq onun gündəlik proqramlarından idi. Nəcəf alimləri arasında olan adətə görə, həftənin hər cümə axşamı və ya cümə günü "rövzə" məclisi qurulardı. Belə məclislər bir növ ustadların, tələbələrin və dostların görüşməsinə şərait yaradırdı. Şeyx də bu məclislərdə çay vermək və ayaqqabıları səliqəyə salmaq işlərini həmişə öz öhdəsinə götürərdi. Ayaqqabıları səliqəyə sala-sala dodaqaltı hansısa zikri zümzümə edər və çox tez-tez dediyindən biz onun hansı zikri dediyini başa düşməzdik. Bizə çox maraqlı idi görəsən, onun ayaqqabıları düzəldərək təkrar etdiyi zikr hansı zikrdir? Günlərin birində yaxın dostlarından olan Şeyx Məhəmməd Əli Bürucerdi Qərəvidən soruşur: Bu nə zikrdir ki, ona bu qədər əhəmiyyət verirsiniz? Salam verib hal-ahval tutanda da diliniz bu zikrdan dayanmır.
O, gülümsəyib deyir: "Çox yaxşıdır ki, insan hər gün min dəfə "Qədr" surəsini oxusun!"

hottg.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
Media is too big
VIEW IN TELEGRAM
Gözündəki eynəyin çirklidirsə, onu təmizləməmiş, necə gözəl görəcəksən!?🤔
Forwarded from NURUS_SƏQƏLEYN_313 (Qarib- Əl-Quraba)
28-ci günün duası:

🤲🏻 İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!

🤲🏻 Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://hottg.com/Nurus_Seqeleyn_313
QƏRB ALƏMİNƏ SƏYAHƏT
(Ölümdən sonra nələr baş verəcək?!!!) ‼️

HƏRİSLİK ƏRAZİSİ


Ata mindim. Hərəkət edib hərislik ərazisinə çatdıq. Orada bir tayfa var idi ki, onlar kök və arıq vəhşi itlər şəklində idilər. Hər tərəf üfunət qoxusu verən ölü leşlərlə dolu idi. İtlərin hər dəstəsi bir cəsəd üzərində bir-birləri ilə didişirdilər. Bir-birlərini parçalayır, buna görə də, heç biri yemək üçün fürsət əldə edə bilmirdi. Nəticədə hamısı yorulub əldən düşürdü və leşlər də eləcə ortalıqda qalırdı. Güclü dəstələr hücum çəkib zəif itləri qovur və özləri yeməklə məşğul olurdular. Hələ bir şey yeməzdən qabaq, başqa bir dəstə hücuma keçirdi və həmin ölü leşlərin üzərində bir-birlərini parçalayırdılar. Çünki hər biri öz fikrində idi. Onların heç biri digəri ilə yola getmirdi. Nəticədə o çöllükdə itlərdən ibarət olan yeddi qoşunun mübarizəsi mövcud idi.
"Doğrudan da, dünya bir cəsəd, onu tələb edənlər isə itlərdir."
Cəsəd yeyənlərin burunlarından qan, arxalarından od çıxırdı. Təklikdə yeyirdilər. Çünki elə bir vəziyyətdə idilər ki, başqa itlər onlara yaxınlaşmırdılar.
Hadi dedi: "Bunlar yetim malı və rüşvət yeyənlərdir."
"Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar alovlu cəhənnəmə girəcəklər."( Nisa 10)
Dedim: "Hadi, bizə tapşırılmışdı ki, Bərəhut (Bərzəx aləminin cəhənnəmidir.) sahəsindən aralıdan hərəkət edək. Elə bil yolumuzu azmışıq."
Hadi dedi: "Yolumuzu azmamışıq. Gördüyün su Bərəhutun altındadır. Buna görə də, onun həlak edici zəhəri bizə çatmır."
Hərislik ərazisindən çıxdıq, yəni onun kənarı ilə keçib getdik.

hottg.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gözlərimiz cənnət görsün !
📚 QƏRB ALƏMİNƏ SƏYAHƏT
(Ölümdən sonra nələr baş verəcək?!!!)‼️

HƏSƏD ƏRAZİSİ


Gəlib həsəd ərazisinə çatdıq. Orada çoxlu çarxlı dəzgahlar var idi. Onların hamısı hərəkət edirdi. Dəzgahların tüstüsü qara duman kimi göy üzünü bürümüşdü. Onların pər və çarxları elə böyük, elə ağır və elə surətlə hərəkət edirdi ki, çöl-biyaban lərzəyə gəlib titrəyirdi. Böyük çarxların səsi fəzaya dolmuşdu və qulaqları kar edirdi. Elə qəribə vəlvələ və zəlzələ baş vermişdi ki, onların fəhlələri tamamilə qaralmışdılar. Bu dəzgahların ağır dəmirlər olan pər və çarxları bu geniş səhrada güclü motorlar kimi hərəkətdə idilər. Onlardan biri yola yaxınlaşdı. Bu an «cənab Cəhalət" də qara tüstü kimi üzə çıxdı. Arxaya baxıb gördüm ki, Hadi çox geridə qalıbdır. Qaranın yaxınlaşmasından və Hadinin uzaqlaşmasından qorxuya düşdüm.
Qara dedi: Yaxınlaşmaqda olan bu dəzgahlara bir nəzər sal. Dünyada bunun kimi dəzgahlar görülməmişdir.
Ürəyim dayanıb onlara baxmaq istəyirdisə də, Qaranın əlindən şərdən başqa, heç bir şey mənə çatmadığı üçün onun sözünə qulaq asmadım. Atımı qova-qova «Qul əuzu» surəsini oxudum.
Qara dedi: "Ey biçarə! Dünyada «Qul ǝuzu»nu oxuyub əməl etmək istəyirdin, amma etmədin. İndi nə faydası?"
Ömrü vurdunsa əgər rüsvaylıqla başa,
Fatihə, Quran artıq çatmaz dada.


hottg.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İstərəm, təkrar Kərbəlada olam!😢
📚 QƏRB ALƏMİNƏ SƏYAHƏT
(Ölümdən sonra nələr baş verəcək?!!) ‼️

HƏSƏD ƏRAZİSİ


Qorxu məni daha çox bürüdü. Qara qabağa gedib təpənin arxasında gözdən itdi. Artıq onun əlindən amanda olduğumu sanib «Hadi niyə gəlib mənə çatmır?» -deyə fikirləşməyə başladım.
Qara qorxunc heyvan şəklində pusqudan çıxdı. Atın ayağı büdrəyib yoldan çıxdı və həmin dəzgahın yaxınlığında yerə yıxıldı. Mən də yerə dəydim. Bədən üzvlərim elə keyidiki hərəkət edə bilmədim. O dəzgahlar dərhal mənə yaxınlaşıb əjdaha tək məni ağzına almaq istədi. Onların ağızlarından mənə tərəf, qədimdə müharibələrdə istifadə olunan od atan mancanaq kimi od püskürürdü. O xəbis Qara gülür, rəqs edir və bu ayəni oxuyurdu: Birdə həsəd edən paxılın şərindən Allaha pənah aparıram. Deyirdi "Ey həsəd edən bədbəxt! Hansı alim  həsəddən yaxa qurtara bilib? Məndən yaxa qurtara bildiyin bu neçə mənzildə ürəyimi qan etmisən. Elə güman edirdin ki, ox qabımda ox qalmayıb? İndi dad görək. İnşallah canını qurtara bilməyəcəksən. Halsız olduğuma baxmayaraq, onun məsxərələrindən damarlarımda qanım qaynadı və uca səslə dedim: " Ya Əli!"
Hər tərəfdən məni əhatəyə almış və işimi bitirməyə az qalmış od püskürən dəzgahlar qaçmağa başladılar. Qaçarkən bir-birlərini geridə qoyurdular. Onlardan bir neçəsi bir-birlərinə dəyib qırıq-qırıq oldu. Qara da qaçmaq istəyirdi ki, dəzgahlardan birinin altında qalıb sümükləri ovuldu.
"Özgəyə quyu qazan özü düşər
." Dedim: "Yaxşı oldu! Sən məni məsxərə edirdin?"
"Əgər (indi) siz bizi məsxərə edirsinizsə, biz də sizi bizi məsxərə etdiyiniz kimi məsxərə edəcəyik. ( Hud 38)

hottg.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ya Rəbbi, ya Rəbbi, ya Rəbb, Sən O Allahsan ki, Özün qəlbimə girmək üçün başqalarını qəlbimdən çıxarırsan! ( İmam Hüseyn ə.s)
📚 QƏRB ALƏMİNƏ SƏYAHƏT
(Ölümdən sonra nələr baş verəcək?!!)‼️

HƏSƏD ƏRAZİSİ


Havanın istiliyindən və kibrit tüstüsünün iyindən susuzluq mənə qələbə çalmışdı. Bu zaman gördüm Hadi qaça-qaça mənə tərəf gəlir. Tezliklə mənə çatdı. O, xurcunun həzrət Əlinin (ə) hədiyyəsi olan tərətini açıb büllur kuzəni üzə çıxartdı. Kuzənin parıltısı ətrafı işıqlandırdı. Onun içində sərin və içməli su var idi. Hadi onu mənə verdi. Mən suyu içən kimi susuzluğum yatdı. Bədənimdə olan ağrılar yox oldu. Rəngim açıldı, qəlbim şəfa tapdı.
"Həqiqətən, yaxşı əməl və itaət sahibləri (Cənnət) kasasından kafur qatılmış (içkilər) içəcəklər." (İnsan 5)
Gəlib gördük ki, at ölüb. Öz xurcunumu çiynimə atdım. Atın xurcununu isə Hadi götürdü. Piyada yola düşdük. O səhra Afrikada olan Böyük Səhra kimi olsa da, dəzgahların tüstüsünün çoxluğundan siqaret zavodunun dəzgahının lüləsindən tökülən siqaretlər kimi yanmış adamlar çölə səpələnmişdi.
Hadi dedi: "Möminlərə qarşı olan həsədlərini dillə və əllə büruzə vermiş həsəd edən kəslər bu dəzgahlarda elə təzyiqdə qalırlar ki, batinlərinin alovu dərilərinin zahirini də bürüyür. Həsəd atəş hökmündədir"
"Alov odunu yandırıb kül etdiyi kimi, həsəd də eləcə imanı yandırıb yox edir.
Yol qaranlıq olduğu üçün Hadi irəlidə, mən də ondan arxada gedirdim.
Dedim: "Elə bil yolu səhv gəlmişik, çünki bizim barəmizdə verilmiş o göstərişlərdən sonra gərək çətinlik görməyəydik.
Dedi "Yolu səhv gəlməmişik. Batinindəki həsədini az və ya çox büruzə verməyənlər çox az olmuşdur. Əgər sizin barənizdə imamların lütfləri və xanım Zəhranın ( s.ə) razılığı olmasaydı, sizin də çətinlikləriniz bunlardan az olmayacaqdı.
Bu çətinlikdəkilərin çoxu gec-tez xilas olacaq va rəhmət əhli olacaqlar. "
Hava həddindən artıq isti idi. Hər yandan üfunət qoxusu gəlirdi. Çiynimdəki xurcun ağırlıq edirdi. Biz bu bəlalı sahədən uzaqlaşmaq və tez xilas olmaq üçün sürətlə hərəkət edirdik. Qaranın gəlib çatacağından da- əlbətdə, əgər məhv olmamışdısa, bərk qorxu və vəhşət içərisində idim, iylənmiş tər paltarımın üzərinə çıxmışdı. Baldırlarım yorğunluqdan ağrıyırdı. Nəhayət güc bəla ilə oradan xilas olduq. Sərin külək əsməyə başladı. Hava lətafətli oldu. Qarşımıza xoş ətirli çəmənliklər, şəffaf sulu çeşmələr, meşəli dağlar, güllü çiçəkli dərələr çıxır və diqqəti özünə cəlb edirdi. Bir müddət çeşmə başında oturub dincimizi aldıq.
Hadiya dedim:"Deyəsən, qara çarxların altında qalıb həlak oldu.
Dedi: "O, məhv olan deyildir. Lakin bu məkanda sənə çata bilməyəcəkdir, çünki biz, Bərəhut ərazisindən çox uzaqlaşmışıq."
Təkəbbür və dikbaşlığın olmadığı üçün oradakı çətinliyə düçar olmuş kəsləri görməyəcəyik. Vadiyus Salamın səfalı ərazisinin kənarına çatmağımıza çox az qalıb.

hottg.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
Forwarded from NURUS_SƏQƏLEYN_313 (Qarib- Əl-Quraba)
29-cu günün duası:

🤲🏻 İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!

🤲🏻 Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://hottg.com/Nurus_Seqeleyn_313
MÜBARƏK RAMAZAN AYININ SON GECƏSİNİN ƏMƏLLƏRİ

🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃 Ramazan ayının son gecəsi çox şərafətli gecələrdən biridir.
Hədsiz bərəkət və fəzilətlərə sahib olan mübarək Ramazan ayının sonuna yaxınlaşsaq da, qarşıdan böyük "Fitr" bayramı gəlir. Bu bayram oruc tutan möminlərə dünya və axirət bərəkətləri ilə yanaşı mənəviyyat dolu saatları ərməğan gətirir. Allah-Taaladan istəyimiz budur ki, ibadət və itaətimizi qəbul etsin və bu Ramazan ayını ömrümüzün son Ramazan ayı qərar verməsin!

📌 Qeyd etmək lazımdır ki, mübarək Ramazan ayının son gecəsi də çox şərafətli gecələrdən biridir. Həmin gecəni əhya saxlayıb Allaha ibadət və raz-niyazla keçirməyin fəzilət və savabı haqda nəql olunan hədislərin sayı az deyildir. Hətta rəvayətlərdə deyilir ki, "Qədr" gecəsi kimi xeyir-bərəkətli və fəzilətli bir gecədir və həmin gecəsinin bir neçə xüsusi əməli var ki, siz möminlərin diqqətinə çatdırırıq:

1. Gün batdıqdan sonra qüsl etmək;

2. Həmin gecəni məsciddə gecələmək, dua etmək və tövbə edib Allahdan günahların bağışlanmasını diləmək və yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" demək;

3. "Ənam", "Kəhf" və "Yasin" surələrini oxumaq;

4. "Məğrib" və "İşa", eləcə də, "Sübh" və "Fitr bayramı" namazlarından sonra bu duanı tərkrar-təkrar oxumaq:

الله أكبر الله أكبر لا إله إلا الله والله أكبر الله أكبر ولله الحمد الحمد لله على ما هذانا وله الشكر على ما أولانا

Duanın oxunuşu: Əllahu-əkbəru Əllahu-əkbər, la ilahə illəllahu vəllahu əkbər, Əllahu-əkbər və lillahil həmd, əlhəmdu lillahi əla ma hədana və ləhuş-şukru əla ma əvlana.

Duanın tərcüməsi: Allah böyükdür. Allah böyükdür. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Həmd olsun o Allaha ki, bizi hidayət etdi. Bizi bağışladığına görə şükür olsun Ona!

🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃
Bayramınız mübarək olsun, əziz kanal üzvləri!
Allah dua və ibadətlərinizi ali dərəcədə qəbul etsin. Amin!
Dualarınızda bizi də yada salın!
🌸🍃
🌸🍃🌸🍃🌸🍃🌸🍃
RAMAZAN AYI İLƏ VİDA DUASI

Əbu Bəsirin imam Sadiqdən (ə) nəql etdiyi mübarək Ramazan ayı ilə vida duası:

İlahi, nazil etdiyin kitabında “Ramazan ayı Quranın nazil olduğu aydır” – deyə buyurmusan. Bu, Ramazan ayının sonudur. Əgər mənim hələ də bağışlamadığın günahım qalıbsa və ona görə mənə əzab verməyi iradə edibsənsə, böyük zatın və bitkin sözlərinin xatirinə Səndən istəyirəm ki, bu ay tamamilə sona çatmamış və sonuncu gecəsinin sübhü açılmamışdan qabaq məni bağışlayasan, ey rəhmlilərin ən rəhmlisi! İlahi, həmd bütün kamalınla əvvəldən axıra qədər, Öz vəsfinlə bağlı buyurduğun və bütün məxluqatın diqqət və təzimi ilə Səni xatırlayıb şükür etdiyi kimi, yalnız Sənə məxsusdur! Sən o kəslərə – məxluqatın müxtəlif siniflərindən olan “müqərrəb” mələklər, peyğəmbərlər, elçilərə – və nitqə malik olanların sinfindən olanlar, bütün məxluqatdan Sənin üçün təsbeh deyənlərə bəndəlik haqqını ödəməkdə yardım etdin. Həqiqətən, nemətlərin bizim üçün hədsiz olduğu, ruzi və ehsanını ixtiyarımızda qoyduğun və nemətlərin aşkar olduğu halda, Sən bizi bu aya qovuşdurdun. Bu nemətlərin müqabilində əbədi, daimi, həmişəlik, sonsuz və əsla bitməyəcək həmd Sənə məxsusdur! İlahi, Sənin həmd və tərifin böyükdür. Sən bu ayda oruc tutmaq, namaz qılmaq, zikr etmək, xeyir və yaxşı əməllər yerinə yetirməkdə bizə yardım etdin. İlahi, bizdən həmin əməllərimizi kamil şəkildə qəbul və bizi əfv et, günahlarımızı bağışla, bəyənilən hər bir xeyir işdə müvəffəq etmək, böyük bəxşişlərinə nail olmaq və bu ayda bütün möhnət və bəlalardan, qurşanacağım günahlardan qorunmaqda əfvin və razılığının həqiqətini bizə şamil et! İlahi, hər bir məxluqatın Səndən istədiyi böyük əmrin, kəramətli adların, gözəl tərifin və xüsusi istəyinlə Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam göndərməyini, bizim üçün bu ayı dinimizi qorumaqda, qurtuluşa çatmaqda, hacətlərimizi həyata keçirməkdə, bizi dünyada məskunlaşdırdığın zamandan indiyə qədər gəlib-keçən ən bərəkətli ay qərar verməyini diləyirəm! Bütün işlər və mənə bəxş etdiyin nemətlərdə, pisliklərin məndən uzaqlaşmasında, bu ayda afiyət libasını geyinməyimdə Sən Özün mənə şəfaətçi ol və rəhmətinlə məni “qədr” gecəsinin böyük, ən yaxşı ehtiyat və min aydan xeyirli olan savabına çatmaq, şükrü yerinə yetirmək, uzunömürlü olmaq və daimi asanlığa nail olmağı iradə etdiyin kəslərin sırasına qat! İlahi, rəhmətin, ehsanın, əfvin, nemətlərin, böyüklüyün, bəxşiş və minnətlərinin əzəliliyinə xatir bu ayı ömrümüzün sonuncu Ramazan ayı yazma ki, gələn ilin mübarək Ramazan ayına daha yaxşı halda və ilk dəfə ayı müşahidə edənlər, onun ehtiramına etiraf edənlərlə birlikdə sağlam, ən yaxşı nemətlərin, geniş rəhmətin və böyük nəsibinə nail olmuş şəkildə çataq! Ey Rəbbim; elə bir Rəbb ki, Ondan başqa bir rəbb yoxdur! Ramazan ayı ilə etdiyim bu vida fəna və ölüm vidası və bu ayla ömrümün sonuncu görüşü olmasın. Geniş və bol nemətlərin içində, daha çox ümid etdiyim və Səninlə əhdimə vəfalı olduğum halda, gələn il də onu mənə göstər! Həqiqətən, Sən duanı eşidənsən! İlahi, duamı eşit, ah-naləmə, xar və zəlilliyimə, Sənə olan etimad və təvəkkülümə rəhm et! Mən Sənin əmrlərinə təsliməm. Səndən başqa, kiminsə sayəsində qurtuluş və nicat, sağlamlıq və şərafət əldə edəcəyi və məqsədə nail olacağıma ümid etmirəm! İlahi, ey tərifi böyük və adları müqəddəs olan! Mənə minnət qoyaraq bütün xoşagəlməz və qorxulu hadisələrdən, möhnət və bəlalardan amanda olduğum halda, məni gələn Ramazan ayına qovuşdur! Həmd bizi bu ayın oruclarını tutmaq, namazlarını qılmaq və “qədr” gecəsinə qovuşmağa nail olmaqda yardım edən Allaha məxsusdur!

Bayramınız mübarək, əziz kanal üzvləri!🌸🍃
Media is too big
VIEW IN TELEGRAM
Ey məni ədəblə- ərdəmlə, incitmədən mənə göstərənim, Əlvida dost, deməliyəm, ama çox ağır....😢

http://hottg.com/Nurus_Seqeleyn_313
📚 QƏRB ALƏMİNƏ SƏYAHƏT
(Ölümdən sonra nələr baş verəcək?!) ‼️

"VADIYUS-SALAM


Getdikcə daha çox gözəlliklər, gülluk-çəmənlik, meyvəli ağaclar qarşımıza çıxırdı. Çoxlu yaşıl dağlar, növbə növ ağaclar, şəffaf sulu şəlalələr qarşımıza çıxanadək bu mənzərə davam etdi. Dağların ətəyində və zirvəsində ağ ipəkdən toxunmuş xeymələr görünməyə başladı. Hadi dedi: "Bura şəhərin ətrafıdır. Buranın əhalisi xeymələrdə yaşayırlar, amma bu xeymələrin sütun və mismarları qızıldan, ipləri isə xam gümüşdəndir." Xeymələrdən bir qədər aralanılıqdan sonra Hadi dedi: "Bir az gözlə, mən gedib sənin xeyməni təyin edim."
Dedim: "Bu ərazinin adı nədir? Buranın nə gözəl təbiəti var? Bir neçə gun burada qalmaq istəyirəm."
Dedi: "Bura Vadiyul-Əyməndir və müqəddəs bir ərazidir. Gərək bir neçə gün burada qalasan."
Hadi xanım Zəhranın hədiyyəsi olan xurcundan bir bağlama çıxartdı. Bağlamarı götürüb dağın zirvəsində olan xeməyə tərəf getdi. Mən də onu müşahidə edirdim. Hadi xeyməyə çatanda onda olan kağızı oxudu. Gördüm oğlan və qızlar xeymədən çıxıb mənə tərəf qaçdılar. Hadi də gəlib çatdı. Xurcunun o biri tərəfindən başqa bir bağlama çıxarıb dedi: "Sən bunlarla xeyməyə get. Mən şəhərdən qayıdana qədər bir az istirahət et. İndi mən sənin üçün mənzil hazırlamağa gedirəm."
Dedim: "Hadi, nə üçün məni tənha qoyursan?"
Dedi: "Sənin xeyrin üçün gedirəm. Bura sənin vətənindir və o xeymədə səninlə ünsiyyətdə olacaq kəs var."
Xeymələrdə gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər var. Onlara ərlərindən qabaq heç bir insan və cin əli toxunmamışdır".(Rəhman 72-73)
Hadi bunu deyib göyə tərəf uçdu. Mən həmin xidmətçilərlə xeyməyə gəldim. Xeymədə taxtın üstündə bir cənnət hurisi oturmuşdu. Məni görcək ayağa durub məni qarşıladı. Günəş kimi nur saçan bir qulam əlində gümüş səhəng və ləyənlə içəriyə daxil oldu. O, gülab və müşk ətiri gələn su ilə əl üzümü yudu. Güzgüyə baxanda gördüm ki, huridən qat-qat gözələm. Həmin huri ilə mənim kəbinim Allah dərgahında kəsilmişdi. Mənim əzəmət və üstünlüyüm onun üçün sabit oldu.
"Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər." (Nisa 34)
Hər ikimiz taxtın üzərində əyləşdik. Xeymənin beş sütunu var idi. Sütunlar qızılla, qaş daşla bəzədilmişdi. Nisbətən başqa sütunlardan böyük idi və Hurinin əql və zəkasını yoxlamaq üçün ondan soruşdum ki, nə üçün xeymənin beş sütunu var?
Dedi: Dağların zirvəsində görünən bütün xeymələrin beş dənə sütunu vardır. Çünki: "İslam dini beş sütun üzərində qurulub: namaz, oruc, zəkat, həcc və vilayət.(12 imamın haqq olan hakimiyyəti)
Bunların arasından ən çox vilayətə təkid olunmuşdur."
Bu xeymənin ortasında olan sütun "vilayət sütunu" olduğu üçün hamısından böyükdür və əslində xeyməni saxlayan da budur."
Dedim: "Mən güman edirdim ki, bu sütunların hər biri Əhli-beytin (ə) bir üzvünün adınadır."
Dedi: "Əhli-beyt (ə.s) üsuli dindəndir. Burada olanlar isə füruidinin təsirindəndir. Bütün aləmlər və onlarda olanlar bir-birlərinə uyğun və oxşardırlar. Fərqləri şiddətdə, zəiflikdə, əsillikdə, nurda və şüadadır. İnsan da bütün aləmlərə doğru irəliləyib uca məqamlara çatmağa və aləmlərin silsilələrinin zirvəsi, Allahın adlarının məzhəri, təcəlligahı, kamil varlıq və Allah xəlifəsi olmağa qadirdir. Öz ilkin fitrəti əsasında insanda bu qüvvə və istedad olan halda, özünü tanıya bilmədiyi üçün deyilmişdir:
"İnsan ziyan içindədir."(Əsr 2)
"İnsan çox zalım və nadandır."(Əhzab 72)

Çünki insanda Allahın bəxş etdiyi fitri bacarıq və
qüdrət olduğu halda, yenə də özünü tanımamışdır."

hottg.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
Media is too big
VIEW IN TELEGRAM
Ey Fatimə Zəhra, ey Muhəmmədin qızı ( s.a.a), ey Rəsuli Əkrəmin gözünün nuru, ey bizim seyyidəmiz, ixtiyar sahibimiz, həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi seçib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə Allah yanında şəfaətçi ol ! ( Hacətlərinizi istəyin.)
HTML Embed Code:
2024/05/02 03:08:47
Back to Top