TG Telegram Group Link
Channel: NURUS_SƏQƏLEYN_313
Back to Bottom
Forwarded from NURUS_SƏQƏLEYN_313 (Qarib- Əl-Quraba)
20-ci günün duası:

🤲🏻 İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah !

🤲🏻 Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://hottg.com/Nurus_Seqeleyn_313
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmam Əli (ə.s) yolunu gedirlər ....
Media is too big
VIEW IN TELEGRAM
Bu gecənin zikri 100 dəfə:
Əllahummələn qatələtəl Əmirəl-muminin (ə.s)
Forwarded from NURUS_SƏQƏLEYN_313 (Qarib- Əl-Quraba)
21-ci günün duası:

🤲🏻 İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!

🤲🏻 Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://hottg.com/Nurus_Seqeleyn_313
Media is too big
VIEW IN TELEGRAM
Ağacan, bu gecə əlimizdən tut!
Əmirəl-mömininin (ə) öz qatili haqqında sözləri

Peyğəmbər (s) mənə səhadətimin ardımca gəzdiyini və yaxın vaxtlarda saqqalımın başımın qanına boyanacağını xəbər verdi. Qatilim əvvəlkilərin və sonrakıların ən bədbəxtidir. Üheymir tək bir kəsdir. O, Salehin dəvəsini kəsənin, qardaşı Habili öldürən Qabilin, İbrahim ilə Rəbbi haqqında mübahisə edən fironlar fironunun, Bəni-İsrailin kitablarını təhrif edən və sünnələrini dəyişən iki nəfərin tayıdır”. Sonra dedi: “Və ümmətimdən iki nəfərin!”
Sonra buyurdu: “Muhəmməd ümmətinin xətaları onların boynundadır. Qiyamət gününə qədər tökülən hər qanın, haram olaraq yeyilən hər malın və sahib olunan hər qadının, haqsız verilən hər hökmün günahı o ikisinin boynundadır. Günahkarların özlərinin etdiklərindən isə bir şey azalmaz”.

(Ali-Muhəmmədin sirləri kitabı, səh 263.)
Forwarded from NURUS_SƏQƏLEYN_313 (Qarib- Əl-Quraba)
22-ci günün duası:

🤲🏻 İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!

🤲🏻 Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://hottg.com/Nurus_Seqeleyn_313
Media is too big
VIEW IN TELEGRAM
Oruc tutmağın, qadağan olunmuş günorta yeməyinin bir hikməti də budur ki, həmin yeməyi fəqirə verəsən. Amma biz onu axşama saxlayırıq. 🤷‍♀️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gecə 1 illik müqəddəratımız təyin olacaq. Sınıq qəlb və göz yaşıyla təqdiratımızın gözəl şəkildə yazılmasını Allahdan yalvarırb istəyək. Dualarınızda bizi də yada salın.
Forwarded from NURUS_SƏQƏLEYN_313 (Qarib- Əl-Quraba)
23-cü gününün duası:

🤲🏻 İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xilas et! Ey günahkarların xətasına göz yuman Allah!

🤲🏻 Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://hottg.com/Nurus_Seqeleyn_313
🏴🕊 Məsumların hədislərində İmam Mehdi (ə.f) 🕊🏴

📌 Məhəmməd ibni Ziyad deyir ki, İmam Musa ibni Cəfər (ə)dan "Sizlərə öz aşkar və batini nemətlərini bol şəkildə bəxş edir" (Loğman 20) ayəsi haqqında soruşdum:
Dedi: Aşkar nemət zahirdə olan İmamdır, batini nemət isə qeyibdə olan İmamdır.
Ona dedim: İmamlardan eləsi olacaqmı qeybdə olsun?
Dedi: Bəli, insanların gözlərindən Onun şəxsi qeyb olacaq, ancaq möminlərin qəlblərindən Onun zikri qeyb olmuyacaq. O, Bizdən olan on ikinicidi (imam). Allah bütün məşəqqətləri Onun üçün asan edəcək və bütün çətinlikləri Onun üçün aradan aparacaq.
Yerin bütün xəzinələrini Onun üçün aşkar edəcək. Bütün uzaqları Onun üçün yaxın edəcək. Bütün inadkar təkəbbürlülər(zalımlar) Onun vasitəsiylə məhv olacaq. Bütün xəbis şeytanlar Onun əliylə həlak olacaq. O, "Seyyidətul İma" nın (Xanım Nərcisin) oğludur. O, anadan olması insanlara gizli qalan kəsdir.

📚 Biharul ənvar - 51c, 151 s

hottg.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İlahi, bu acızliyimizə görə bizə qəzəb etmə! 😢
Forwarded from NURUS_SƏQƏLEYN_313 (Qarib- Əl-Quraba)
24-cü günün duası:

🤲🏻 İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!

🤲🏻 Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://hottg.com/Nurus_Seqeleyn_313
Media is too big
VIEW IN TELEGRAM
Nəfsimin düzənin pozan, gəldin nə tez gedirsən? 💖
İlahi, bu Ramazan ayını sonuncumuz qərar vermə! Amin!
🇵🇸Ramazan ayının son Cümə günü Beynəlxalq Qüds Günüdür.
Forwarded from NURUS_SƏQƏLEYN_313 (Qarib- Əl-Quraba)
25-ci günün duası:

🤲🏻 İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!

🤲🏻 Allah tutduğunuz orucları qəbul etsin. Amin !🌸🍃

https://hottg.com/Nurus_Seqeleyn_313
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün meydan İsrail və Fələstin meydanı deyil,
Haqq və Batilin üz üzə gəldiyi meydandır!

İlahi, İmam Zamanın zühurunu təcil elə,
İlahi, Haqqın zühurunu təcil elə!
İlahi, Ədaləti bərpa edənin zühurunu təcil elə!

Qüds və cümə gününüz mübarək olsun! 🕊🕊🕊
Forwarded from NURUS_SƏQƏLEYN_313 (Qarib- Əl-Quraba)
26-cı günün duası:

🤲🏻 İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!

🤲🏻 Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://hottg.com/Nurus_Seqeleyn_313
🏴🕊 Məsumların hədislərində İmam Mehdi (ə.f)🕊🏴

📌 Yunis ibni Abdur Rəhman deyir ki, Musa ibni Cəfər (Kazim(ə)ın yanına daxil oldum və Ona dedim:
Ey Allah Rəsulunun oğlu, haqqı bərpa edən Sənsən?
Dedi: Haqqı bərpa edən mənəm. Ancaq yer kürəsini İzzət və Cəlal sahibi olan Allahın düşmənlərindən təmizləyən və onu zülm və cövrlə dolduğu kimi ədalətlə dolduracaq olan Qaim, Mənim övladlarımdan beşincisidi. Onun qeybəti olacaq, müddəti Onun üçün uzun olacaq.Bir dəstə dindən çıxacaq, başqaları dində sabit qalacaq. Sonra dedi: Qaimimzin qeybətində bizim ipimizə sarılan,bizim məhəbbətimizdə sabit qalan, düşmənlərimizdən bəraət edən şiələrimizin xoş halına.Onlar bizdəndir, biz də onlardanıq. Onlar bizdən imam olaraq razıdırlar, biz də onlardan şiə olaraq razıyıq. Xoş onların halına. And olsun Allaha ki, onlar qiyamət günü bizimlə bir yerdə, bizim dərəcədədirlər.

📚 Kəmalud-din, 34 -cü bab, h 5.

hottg.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
HTML Embed Code:
2024/05/18 01:55:43
Back to Top