TG Telegram Group Link
Channel: ❤ÜMİD YERİ❤
Back to Bottom
İmam Əli əleyhis-salam (ibadətə təşviq edərək) buyurmuşdur:
(Dünyanın yox olacağına dair) elminizi (axirətə göz yumub dünyaya ürək bağlamaq üçün) nadanlıq (la əvəz) etməyin, (ölüm barəsindəki) yəqinliyinizi şəkkə çevirməyin. (Buna görə də) əgər (dünyanın yox olacağını) bilirsinizsə (axirət üçün) iş görün, (ölümə) yəqin edəndə (azuqə götürərək) irəli durun.

Nəhcül-Bəlağə
Hikmət 266

https://hottg.com/son_umid
❤️ ÜMİD YER
Forwarded from 💐SEVİMLİ DİN💐
بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحيم‏
Salam “Sevimli din” kanalının dəyərli üzvləri! 2021-ci ildən 2023-cü ilin sonunadək, bir silsiləvi-sistemli söhbətimiz oldu, “Özünüdərk” adlı söhbət. Bu müddət ərzində, söhbətlə tanış olnaların sayı hər gün artdı, söhbətlər dəyərli izləyicilər tərəfindən dinlənildi, bəyənildi və sevildi. 114 hissədən ibarət özünüdərk söhbətləri iki mərhələdən ibarət idi ki, Allaha həmd olsun, birinci mərhələni bitirdik. Ikinci mərhələyə “Dinşünaslıq” adı da qoymaq olar. Bu söhbət də silsiləvi və sistematik olacaq inşallah. Dini, elmi, Qurani söhbət olacaq, söhbət, dini ədəbiyyatla (Quran ayələri və hədislərlə) zəngin olacaq və hərdən ibrətamiz hekayələr də əlavə edəcəyik. Dinşünaslıq üç hissədən ibarət olacaq:

Birinci hissədəki mövzular:
Qarşılıqlı təsir etmə və təsirlənmə; Elmlə hissin fərqi; Duyğu ilə həqiqət arasındakı rabitə; Həqiqi və şərti anlayışlar; Niyə görə insan şərti anlayışlar düzəldir? Insanla heyvanın ilk fərqi; Şərti anlayışların artması; Şərti anlayışların növləri; Üsul elmi haqda; Elm, ədəb, hünər və sənət. İlk baxışda din; dini məfhumların mahiyyəti; Dində şərti anlayışlar və onlara ehtiyac; Insanın dinə ehtiyacı; Din dünya üçün; Dini məfhumlar xəyalda; Avropa cəmiyyətinə bir baxış; Dində təhrif və təhrifin nəticələri; Dinlərin yayılmasının səbəbi; Süni dinlər; Dinlər elmin müqabilində; Din, inkişafın qarşısını alırmı? Qanun niyə əmələ gəlir? Mənəviyyatsız din; Elm və məntiqlə uyğun gəlməyən din; Insanlığın əleyhinə olan din; Yeni elmlər; Sünni-şünaslıq; Ixtilaf haradadır? Islamın əsas şərti; Islam, küfr, nifaq; Məhəbbətin mərhələləri; Niyə görə rəsul təcəlli edir? Sünnilər dini necə tərif edir? Xəlifə kimdir? Tövhid; Təsəvvüf; Vilayətin günahdakı rolu.

İkinci hissədəki mövzular:
Dinlərin vəhdəti; İctihadın həqiqəti; Din nədir? Təkamül nədir? Təkamülün xəyalı; Təkamül maddədə ola bilərmi? Bədən və mən; Bədənə yəqin və onun təsirləri;  Hübut və onun dərəcələri; İlk yalan; Şəri hökm və bədənin ehtiyacı;  Üç şeytan; Şəhvət, milk, mülk; Bəyənilən və bəyənilməyən əxlaqın meyarı; Dini mədəniyyət; Müəllim ya elm?! Dinin anlayışı; Əməllərin dəyərləndirilməsi; Bu söhbətlərdə özünü dərk etmək; Şeytanın dəvəti; Məna əhlinin əlamətləri; Nicat yolu; Ədavətdə hərəkət nə anlama gəlir? Feil, sifət və zat arasındakı rabitə

Üçüncü hissədəki mövzular:
Bi-nəhayət nədir? Hədd nədir? Ədəddə olan sonsuzluq; Həqiqətdə olan sonsuzluq; Maddi baxışla mənəvi baxışın fərqi; Tövhidin həqiqəti; Əhədiyyət məqamı; Etiraz və təslim; Vahid və əhəd; İnsanın mərtəbələri; Kəsrət, kəsrətdən sual, maddə nədir? Maddə necə isbatlanır? Materializm nə deəkdir? Təğyir, həqiqət və hiss; Baxışın dəyişməsi; Xəlq; Əbəd və əzəl; Allahın elmi; Alimlə məlumun rabitəsi; Alimlə məlumun ittihadı; Bərzəx və qiyamət təbiri

Dərslər xüsusi qrupda keçiriləcək;
Həftədə bir səs yazısı (MP3);
Dərslər ən tez may ayından başlayacaq
Dərslər ödənişlidir. Qatılanların sayından asılı olaraq minimum məbləğ nəzərdə tutulacaq;
Bir ay qalmış, qeydiyyat üçün əlaqə nömrəsi yazacayıq.
Hörmətlə Şəhriyar Əliyev
Forwarded from 💐SEVİMLİ DİN💐
👆👆👆👆👆👆👆👆👆
Özünüdərk söhbətlərinin ikinci hissəsinə-Dinşünaslıq dərsinə kim qatılmaq istəyir?
Final Results
78%
Qatılmaq istəyirəm
7%
Qatılmaq istəmirəm
15%
Özünüdərk-i dinləməmişəm
Forwarded from 💐SEVİMLİ DİN💐
ÜMİD YERİ
👆👆👆👆👆👆👆👆👆
Özünüdərk söhbətlərinin ikinci hissəsinə-Dinşünaslıq dərsinə kim qatılmaq istəyir?
┄┄┅━༅❀﷽❀༅━┅┄┄

https://hottg.com/lovely_religion/974
https://hottg.com/lovely_religion/998

Dərslər May ayından başlayacaq inşallah. (Əlbəttə ki minimum 40 nəfər toplanarsa)
Yeni qrup yaradılıb. Dərsə qatılmaq istəyənlər bu nömrəyə yaza bilərlər:
Telegram: @M_Anr_R
Whatsapp: +7 778 522 6852
Dərslərin şərtlərini səsli mesajla izah edəcəm inşallah.
İmam Əli əleyhis-salam (tamah və arzudan uzaq olmaq barəsində) buyurmuşdur:
Tamah (insanı) suyun üstünə apararaq geri qaytarmayandır (insanı suyun yanına aparar və onu sudan doydurmadan geri qaytarar. Kim ona düçar olsa məhv olar və ondan qurtula bilməz) və o, (öz əhd-peymanına) vəfa etməyən zamindir. Nə çox su içən ki, sudan doymamış çeçiyir. (Nə çox tamahkar və həris ki, mətləbini əldə etmək yolunda ona çatmamış və bəhrələnməmiş məhv olur.) Rəğbət göstərilən şeyin dəyəri hər nə qədər böyük olsa onu əldə etməmək və tapmamağın kədəri də bir o qədər çox olar. Arzular bəsirət gözlərini kor edir. (Təqdir edilmiş) pay və qismət, ona tərəf getməyən şəxsə tərəf gəlir. (İnsan onu əldə etmək üçün çalışmasa və onu arzulamasa da təqdir edilmiş pay və qismət ona çatacaqdır.)

Nəhcül-Bəlağə
Hikmət 267

https://hottg.com/son_umid
❤️ ÜMİD YER
Forwarded from ŞƏHRİYAR ƏLİYEV
Allahın adı ilə!
...وأحۡسنوٓاۚ إن ٱلله يحب ٱلۡمحۡسنين
Bəqərə surəsi 195-ci ayət
...Ehsan edin, Allah ehsan edənləri sevər!
Bir ehtiyaclı ailə tanıyıram borcları var, ödəyə bilmirlər. Əslində borc istəyir. Amma qaytarmaqda çətinlik çəkər. Kim yardım etmək istəsə mənim kartıma göndərə bilər.
4169 7388 8109 4779
Ş.... Ə....
070 500 67 49
Amma mütləq bu nömyə qəbzi göndərin ki, mən də əmanəti sahibinə çatdıra biləm.
Allah qəbul eləsin!
Allahın adı ilə!
...وأحۡسنوٓاۚ إن ٱلله يحب ٱلۡمحۡسنين
Bəqərə surəsi 195-ci ayət
...Ehsan edin, Allah ehsan edənləri sevər!
Bir ehtiyaclı ailə tanıyıram borcları var, ödəyə bilmirlər. Əslində borc istəyir. Amma qaytarmaqda çətinlik çəkər. Kim yardım etmək istəsə mənim kartıma göndərə bilər.
4169 7388 8109 4779
Ş.... Ə....
070 500 67 49
Amma mütləq bu nömyə qəbzi göndərin ki, mən də əmanəti sahibinə çatdıra biləm.
Allah qəbul eləsin!
İmam Əli əleyhis-salam (zahirin yaxşı, batinin isə pis olması barəsində) buyurmuşdur:
Allahım, zahirimin gözlərin müqabilində (xalqın gözlərinin qarşısında) yaxşı, batinimin isə gizlətdiklərim şeylərdə Sənin yanında çirkin olmasından, özümü camaatın yanında Sənin məndən də (yaxşı) xəbərdar olduğun şeylərlə riyakarcasına qorumağımdan, beləliklə, xalqa zahirdə yaxşı görünüb pis əməllərimi Sənə tərəf gətirməyimdən və nəticədə bəndələrinə yaxınlaşaraq Sənin razılıqlarından (və mərhəmətindən) uzaqlaşmağımdan Sənə pənah gətirirəm.


Nəhcül-Bəlağə
Hikmət 268

https://hottg.com/son_umid
❤️ ÜMİD YER
İmam Əli əleyhis-salam (Həzrət Sahibəzzamanın zühurunu xəbər verərək) buyurmuşdur:
Əlbəttə! Aydın gündüzdən yaranan qaranlıq gecənin qalan hissəsində (qüdrəti ilə) gecələdiyimiz Allaha and olsun ki, filan-bəhmən olmayıb.


Nəhcül-Bəlağə
Hikmət 269

https://hottg.com/son_umid
❤️ ÜMİD YER
İmam Əli əleyhis-salam (əzmkarlıq göstərərək çalışmağın mədhində) buyurmuşdur:
Davam etdirdiyin az iş (onun xeyir verməsi), bezib yorulduğun (və nəticədə tərk edilən) çox işdən ümidvericidir.



Nəhcül-Bəlağə
Hikmət 270

https://hottg.com/son_umid
❤️ ÜMİD YER❤️
İmam Əli əleyhis-salam (vacibi əməllərə təşviq edərək) buyurmuşdur:
Müstəhəbbi əməllər vacibata ziyan vuranda (xələl gətirəndə) həmin müstəhəbbiləri tərk edin.


Nəhcül-Bəlağə
Hikmət 271

https://hottg.com/son_umid
❤️ ÜMİD YER❤️
İmam Əli əleyhis-salam (itaətə rəğbət göstərmək barəsində) buyurmuşdur:
Səfərin (axirət səfərinin) uzaqlığı yadında olan kəs hazırlıq görər (təqva və pərhizkarlığı öz şüarı edər).

Nəhcül-Bəlağə
Hikmət 272

https://hottg.com/son_umid
❤️ ÜMİD YER❤️
İmam Əli əleyhis-salam (ağla tabe olmaq barəsində) buyurmuşdur:
Görmək (qəlbin xəbərdar və agah olması) gözlə deyil. Çünki bəzən gözlər öz sahibinə yalan deyir. Amma ağıl ondan öyüd-nəsihət istəyənə xəyanət etmir (onu səhvə düçar etmir).


Nəhcül-Bəlağə
Hikmət 273

https://hottg.com/son_umid
❤️ ÜMİD YER❤️
İmam Əli əleyhis-salam (öyüd-nəsihətə qulaq asıb tabe olmaq barəsində) buyurmuşdur:
Sizinlə moizə və nəsihət (onlara qulaq asıb tabe olmaq) arasında qəflət və xəbərsizlik pərdəsi vardır.


Nəhcül-Bəlağə
Hikmət 274

https://hottg.com/son_umid
❤️ ÜMİD YER❤️
HTML Embed Code:
2024/06/04 14:07:50
Back to Top