TG Telegram Group Link
Channel: Məhərrəm töhfələri
Back to Bottom
Forwarded from Məhərrəm töhfələri (Əlizadə (Süleymanov) Məsum)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Başımın yarasına çox baxıb
Çəkib ah, sinəmi dağlama...
Möminin qəlbində ruhi-cismilə candır Əli,
Kəbətullahdır cəmalun, vəchi yeksandır Əli.
***
Həm şəriətlə təriqət, həm həqiqət, mərifət,
Ayəti elmul-yəqin elmilə Qurandır Əli.
***
Sahibi həm tiği "Düldül", seyyidi Qənbər mənəm,
Şahi-mərdan, şiri-Yəzdan, miri-meydandır Əli.
***
Hər ki, Şahı bilmədi, məl`unidir Mərvani-xər,
Cənnəti ədni vüsali huri rizvandır Əli.
***
Yer üzündə oxunur ismün Əlidir, ya Vəli,
Göy üzrə oxur mələklər nuri-Yəzdandır Əli.
***
Ey "Nəsimi" sübhü şam yad eylə Şahın ismini,
İşdə məşhudi cahanda dinü imandır Əli.
Forwarded from Məhərrəm töhfələri (Əlizadə (Süleymanov) Məsum)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Forwarded from Məhərrəm töhfələri (Əlizadə (Süleymanov) Məsum)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
BİR UŞAĞIN İKİ ANASI
Ömərin xilafəti dövründə iki qadın bir uşaq üstündə dava edir və hər biri onun öz övladı olduğunun iddiasında idi. Bu münaqişəni Ömərə dedilər. Ömər bu çətin məsələni həll edə bilmədiyindən Əliyə (ə) üz tutdu. Əli (ə) əvvəlcə o iki qadını çağırıb onlara öyüd-nəsihət verdi. Lakin heç bir faydası olmadı.
Əli (ə) bunu gördükdə bir mişar gətirilməsini əmr etdi. Bu zaman qadınlar dedilər: – Ya Əmirəl-mö’minin! Mişarla nə etmək istəyirsən?
İmam (ə) buyurdu: – Uşağı iki yerə bölmək istəyirəm ki, hər birinizə yarısı düşsün!
Bu sözü eşitdikdə iki qadından biri heç bir şey olmamışdır kimi sakitcə dayandı. Lakin digəri fəryad edib dedi: – Allah! Allah! (Yə’ni Allaha pənah aparıram! ) Ya Əbəl Həsən! Əgər uşağı iki yerə bölmək əmrini verirsənsə, onda mən öz haqqımdan keçdim. Mən əziz balamın öldürülməsinə heç vaxt razı olmaram!
Bu zaman Əli (ə) buyurdu: – Allahu Əkbər! Bu uşaq səninkidir. Əgər onun uşağı olsaydı, o da balasına rəhm edib bu işə razı olmazdı.
Bu zaman həmin qadın da günahını boynuna aldı və öz sözlərini təkzib etdi. O həzrətin mühakiməsi ilə Ömərin qəm-qüssəsi aradan qalxdı və o həzrət üçün xeyir-dua etdi.
“İrşad” (Şeyx Müfid), “Qəzayahu fi xilafəti Ömər” bölməsi
ÇƏRŞƏNBƏ GÜNÜ 10 APREL 2024-CÜ İL FİTR BAYRAMIDIR.
ALLAH BU AYDAKI ORUC-NAMAZLARINIZI, İBADƏT və İTAƏTLƏRİNİZİ QƏBUL ETSİ N AMİN!
Forwarded from Məhərrəm töhfələri (Əlizadə (Süleymanov) Məsum)
Şəvval ayının 15-i İslam Peyğəmbərinin (s) ən böyük himayəçilərindən olan həzrət Həmzənin (ə) şəhid olduğu gündür.
Dostlər, mən görən ol dilbəri-ziba kim idi?
Dağıdan gül üzünə zülfi-mütərra kim idi?

Mən ki, bihuş düşüb, görcək özümdən getdim,
Siz ki, huşiyardız-ol afəti-dünya kim idi?

Nə könül qoydu nə can məndə, nə səbrü nə qərar,
Etdi qarət məni-ol şahidi-yəğma kim idi?

Ol üzü cənnəti mən bilməsəm adəm deyiləm,
Ləbi Kövsər, üzü gül, qaməti Tuba kim idi?

Dostlər, dün gecə kim, məsti-meyi-vəhdət idik,
O bizə saqi olan yari-dilara kim idi?

Doldu ənvari-məhəbbətlə genə sinə bu gün,
Göstərən vadiyi-Siynadə təcəlla kim idi?

Bu nə bəhcət, nə səfadır, nə sürurü nə bəha,
Sizi tari o nigari-fərəh-əfza kim idi?

Kimdi bu məclisi-ürfanı bu şurə gətirən,
Dövri-sağərlə verən badeyi-səhba kim idi?

Gəldi göftarə ləbi, aləmi əhya elədi,
Bu necə ruh idi, aya bu Məsiha kim idi?

Çeşmi-Qibti nə bilir xilqəti Harun sirrin,
Nə bilir dəhrdə Fir'oniki, Musa kim idi?

Olmasan badiyeyi-eşqdə Məcnun əgər,
Bilməsən hiç ki sən, ol həzrəti-Leyla kim idi?

Nəfsi-vahiddən əgər mətləbə olsan vaqif,
Bilisən onda ki sən, Adəmü Həvva kim idi...

Həq zühurunda hələ yolda qalıbdır iki göz
Bəs o Həqq məzhəri ayineyi-ülya kim idi?

Qürrətül-eynüvə ömründə degilsən vaqif
Görə bilməz ki camali-Həqə bina kim idi?

Bu səri-çeşmə əzəldən bulanıb ey qafil,
Gör kimə tabe olursuz, sizə mövla kim idi?

Neçə gün aləmi-nasutə gəlib oldu müqim,
Heyf ki, bilmədilər Seyyidi-rüsva kim idi?

hottg.com/azerbaycanin_ehlibeyt_sairleri
Ey qələm, sözlərində.əsər yox,
Aşinadan mənə bir xəbər yox.
Gəldi bu cümə də keçdi, Allah!
Fatimə Yusifindən xəbər yox...
BİZİ GƏL QOVMA PƏNAHİ ƏLƏMİNDƏN

Bizi gəl qovma pənahi ələmindən ağacan
Naümid eyləmə babi kərəmindən ağacan
*
Ey Riza ey özü məzlum qəriblər atası
Gözümüz var dəri-cudində[1] Cəvadın atası
Sailə naz eləməz babul-həvaic balası
Çəkmərik əl bu dəri-möhtərəmindən ağacan
*

Ey Riza, olma riza qəlbimiz həsrətlə dola
Var ümid hacətimiz burda bəravərdə ola
Ağalıq eylə qapından əli boş salma yola
Gedirik, doymadıq əmma, hərəmindən ağacan
***
siyət başımızı gərçi salıbdır aşağa
İstədin didivə2 gəldik elə hörmət qonağa
Bazdidə3 gəl o dəm ki, yetişər can dodağa
Ta öpək eşq ilə xaki qədəmindən ağacan
***
Xoş onun halına Tusə gələ izzət qazana
Yol tapar həşridə sayəndə gəlib daldalana
Qoymaram - sən demisən - zairimi odda yana
Mən it olsam da ayrıma həşəmindən ağacan
***
İldə bu Tusidə Mövla, neçə mö
cüz görünər
Sərətani4 də gəlib rəxti-şəfayə5 bürünər
Çarəsiz dərdi olanlar üzü üstə sürünər
Kam ala ta o məsihayi dəmindən ağacan
*
Sevinər sail ürəkdən gələ şəh xidmətinə
Şəh keçər pisləri də yaxşıların hörmətinə
And verrəm mən o Zəhra anavun ismətinə
Silə vursan bizi salma qələmindən ağacan
*

Qəbrivə qoymuru kəsrət[2] çata zəvvarın əli
Bağlıyıb Kərbübəla yolların əşrarın əli
Vəli bilmillə ki bağlanmaz ələmdarın əli
Bizə də təzkirə al qolsuz əmundan ağacan
*
Ey Hüseyn tə`ziyəsində evinə qarə çəkən
Ağladıb İbn Şəbibi üzə göz yaşı tökən
Kəfənə peykərini əhli Sənabad bükən
Cəddivin dərdü qəmi çoxdur qəmindən ağacan
*****

[1]1-Ehsan qapında 2-Görüşünə 3-Yenidən görüşə 4-Xərçəng xəstəliyinə tutulan 5- Şəfa libasına
[2] 1-Camaatın çoxluğu
HTML Embed Code:
2024/06/03 07:46:03
Back to Top