TG Telegram Group Link
Channel: 📚ELMİN ŞƏHƏRİ📚 İslam Mədəni-Maarifi Mərkəzi 🏢
Back to Bottom
📚 ƏNAM SURƏSİ:

🖇 Ayə 1⃣2⃣9⃣.

وَكَذَلِكَ نُوَلِّي بَعْضَ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُواْ يَكْسِبُونَ

🗣"Beləcə bəzi zalımları etdikləri işə görə bəzilərinə hakim edirik. (Cəza olsun deyə.)”

🔘Nöqtələr.

127-ci ayədə oxuduq ki, doğru yol seçənlərin qəyyumu yalnız Allahdır. Bu ayədə isə bəzi insanlara onların əməllərinə görə zalımların rəhbər təyin olunduğu xəbər verilir.
Rəvayətlərə əsasən, əmr be məruf və nəhy əz münkəri tərk edənlərin, xüms və zəkat ödəməyənlərin, zalımlara kömək göstərənlərin cəzaları zalımların onlara hakim qərar verilməsidir. Hədisdə oxuyuruq: "Əgər Allah bir qövmün işindən razı olsa, onların işini yaxşılara tapşırar. Əgər narazı olsa, onların işinə pislər rəhbərlik edər.”

🌸Bildirişlər.

1⃣. Şeytanlar insanlara hakim olduğu kimi, bəzi zalımlar da insanlara eyni cür hakim olur.

2⃣. Haramdan istifadə zalım hakimlərin batil hökuməti üçün zəmindir.

3⃣. Təkcə hakimlər zalım deyil. Həm də qorxaq, səsini çıxarmayan, əyyaş məhkumlar da zalımdırlar.

4⃣. Zalımların hakimiyyətə çatmasının səbəbi xalqın rəftarıdır.

📌 http://hottg.com/Nur_tefsiri

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Mərhum Ayətullah Həqşunas (rahmətullahi ələyh) demişdir:

Rəcəb ayında Allah bəndələri üçün o qədər rəhmət tökür ki, təsəvvür olunmazdır.

📚Ze melk ta mələkut. Cild-1. Səh-88.
▶️https://chat.whatsapp.com/GXCghm5zc2xGOz6e3cF2QI

Bağışlayan və Mehriban Allahın adı ilə..

✍🏻Seyid ibn Tavus nəql edir ki, Səccad ləqəbi ilə məşhur olan Məhəmməd ibn Zəkvan o qədər səcdə edib səcdədə ağlamışdı ki, gözləri kor olmuşdu deyirdi:

“İmam Sadiqə belə ərz etdim:
Canim sənə fəda olsun, indi Rəcəb ayıdır mənə elə bir dua öyrət ki, Allah taala onunla mənə xeyir versin. Həzrət buyurdu: Yaz “Bismilləhir Rahmənir Rahim” və bu duanı Rəcəb ayında gecə-gündüz namazların ardında oxu:

Ərəbcə:

يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ [مِنْ‏] كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ [جَمِيعَ‏] شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ

Ərəbcə yazılış:

Ya mən ərcuhu likulli xəyr, və amənə səxətəhu ində kulli şərr, ya mən yutil kəsirə bil qəlil, ya mən yuti mən səələh, ya mən yuti mən ləm yəsəlh, və mən ləm yərifhu təhən-nunən minhu və rəhməh, ətini biməsələti iyyak, cəmiə xəyrid dunya və cəmiə xəyril axirəh, vəsrif ənni biməsələti iyyak, cəmiə şərrid dunya və şərril axirəh, fəinnəhu ğəyru mən-qusin ma ətəyt, və zidni min fəzlikə ya kərim.
Ya zəl cəlali vəl ikram, ya zən nə
mai vəl cud, ya zəl mənni vət təvl, hərrim şeybəti ələn nar.

Tərcümə:

Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaq et! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!
Ravi deyir:- “Sonra həzrət mübarək saqqalını sol əlinə alıb təzərrülə sağ əlinin işarə barmağını yellətməyə başlayaraq bu duanı oxumağa başladı:
Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Haram et saqqalımı (üzümü) oda (cəhənnəm oduna)!

Allah təala Rəcəb ayında olan bütün ibadət və itaətlərimizi qəbul etsin.

📖Elmin Şəhəri📖
İslam Mədəni-Maarif Mərkəzi
🆔https://youtu.be/ftLuYGlG6E0?si=nirwF8B-wbbxehdo

❇️Şiəşünaslıq dərsləri davam edir

📘Şiəşünaslıq dərsləri-7

🖇️ Şiəlik və Abdullah bin Səba #2

🎙️İlahiyyatçı Tural Salmanovun təqdimatında .

🖇️Kanala Abunə olaq,Videonu paylaşaq və Rəylərimizi yazaq.

🧷Ateistlər və Vəhhabilər tərəfindən bu Dərslərimiz çox şikayət olunur.

🎁Dərslərin sonunda müsabiqə təşkil olunacaq
Salam Əzizlər
Bir Mömünə qızımızın toy xərcləri var ki, maddi cəhətdən köməklik lazımdır.
İmkanı olan şəxslər Allaha xatir kömək eləsin, xahiş edirəm.
Allah min əvəzin verər, xeyr işə vəsilə olaq. İki Mömün çütlüyün ailə qurmasında yardım edək.
*💳4098 5844 9420 7143 (Leobank)*
Yuxarıda olan hesaba gücümüz çatan qədər köməklik edək.

Elanı paylaşaraq da dəstəy olun.
HTML Embed Code:
2024/06/13 00:36:54
Back to Top