TG Telegram Group Link
Channel: Azərbaycan iqtisadiyyatı
Back to Bottom
🖋🖋🖋🖋 Xalq sənətindən biznesə: xalçaçılığın iqtisadi səmərəsi

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı, rəqabətədavamlı məhsulların istehalı və satışı iqtisadiyyat üçün prioritetdir. Azərbaycanın ixrac imkanlarını artırmaq üçün geniş perspektivlərə malik sahələrdə ənənələrin inkişaf etdirilməsi yeni hədəflər sırasında yer alır. Həmin sahələrdən biri də xalçaçılıqdır. Xalqın ənənələrini yaşatmaqla bu sahəni həm də biznesə çevirmək iqtisadi inkişafa təkan verir. Vaxtilə az qala hər evdə qurulan hanaların sayı zamanla azalsa da xalçaçılığın iqtisadiyyatda önəmi artmaqdadır. Prezident İlham Əliyev də çıxışlarında bu sahənin perspektivlərini hər zaman vurğulayıb: “Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək”.

▶️ Ətraflı: vergiler.az
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Asiya İnkişaf Bankı ilə dövlət-özəl əməkdaşlıq layihələri müzakirə edilib

◼️Asiya İnkişaf Bankının nümayəndələri ilə İqtisadiyyat Nazirliyinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları arasında görüş keçirilib.

◼️Dövlət Xidmətinin məlumatına görə, görüşdə dövlət-özəl əməkdaşlıq layihələri, torpaqların təyinatına uyğun istifadəsi və qiymətləndirilməsi, sənaye zonalarının yaradılması ilə bağlı torpaqların müəyyənləşdirilərək ayrılması, inşaat sektorunun inkişafı, yaşıl binaların tikilməsinin əhəmiyyəti və digər məsələlər müzakirə edilib.

◼️Məqsəd sadalanan sahələrdə innovativ texnologiyaların tətbiqi, şəhər və yaşayış məntəqələrinin ekoloji dayanıqlılığının təmin edilməsi ilə bağlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və gələcəkdə inkişaf etdirilməsidir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
SOCAR SARB və Umm Lulu yataqlarında iştirak payının 3 faizini alıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında SARB və Umm Lulu yataqlarında iştirak payının 3 faizinin SOCAR-a verilməsinə dair Saziş imzalanıb.

SOCAR-dan verilən məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəfin və ADNOC-un upstream üzrə icraçı direktoru Abdulmunim Saif Əl Kindinin iştirakı ilə keçirilən imzalanma mərasimində Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji enerji tərəfdaşlığına əsaslanan sənədin SOCAR-ADNOC əməkdaşlığının genişləndirilməsinə xidmət etdiyi bildirilib.

Tədbirdə şirkətlər arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda ADNOC tərəfindən "Abşeron" qaz-kondensat yatağında 30 faizlik iştirak payının əldə edilməsinin, həmçinin şirkətlər arasında “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutan Strateji Əməkdaşlıq Sazişinin önəmi qeyd olunub.
🇦🇿🇦🇪 Birləşmiş Ərəb Əmirliklərinə məhsul ixracı 10 faizdən çox artıb

◼️Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsinin ümumi həcmi 15,3 faiz və ya 3,7 milyon dollar artaraq 27,9 milyon dolları üstələyib.

◼️Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, cari ilin ilk 4 ayında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə 16,8 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 10,2 faiz və ya 1,56 milyon dollar çoxdur.

◼️Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 24 faiz və ya 2,1 milyon dollar artaraq 11,1 milyon dollar təşkil edib.

◼️2024-cü ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Birləşmiş Ərəb Əmirlikləri ilə ticarətin payı 0,2 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,07 faiz bəndi çoxdur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Ağdam Sənaye Parkının ərazisinin yarıdan çox hissəsi rezidentlərin istifadəsinə verilib

Qarabağın bərpası, sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı yaradılıb. Park 190 hektar ərazini əhatə edir. Artıq Sənaye Parkının 60 faizdən çox hissəsi dolub, həmin ərazilər sahibkarların uzun müddətlik istifadəsinə verilib. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir, belə ki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarından Sumqayıt Kimya Sənaye Parkından sonra ən çox rezident sayı Ağdam Sənaye Parkındadır.

▶️ Ətraflı: vergiler.az
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Bakının bəzi küçələrində günəş elektrik stansiyalarının quraşdırılması planlaşdırılır

◼️ABŞ-nin “Smartflower Solar” şirkətinin Azərbaycandakı rəsmi distribütoru “A-Z CZECH ENGINEERING” şirkəti COP29 ərəfəsində Bakının mərkəzi küçələrində bir neçə müasir tipli ”Smartflower” günəş elektrik stansiyası quraşdırmağı planlaşdırır.

◼️Şirkətdən Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, "Smartflower" davamlı və yaşıl gələcəyə töhfə verən ən ağıllı və qabaqcıl texnologiyadır. “Smartflower” elektrik stansiyası özünü səhər açılan və bütün günü günəşə dönən günəbaxan çiçəyi kimi aparır və bunun sayəsində günəş panellərinin səmərəliliyi adi günəş elektrik stansiyalarından 40% yüksəkdir.

◼️“Smartflower” illik 6500 kVt/saat enerji istehsal edir. Cihaz şəbəkəni enerji ilə təmin edə, yaxud gecə saatlarında evin elektrik tələbatını ödəmək üçün enerjini batareyaya toplaya bilər. Güclü külək zamanı və gecə saatlarında “Smartflower” avtomatik şəkildə bağlanır, həmçinin gün ərzində özü-özünü təmizləyir.

◼️“Smartflower”i uzaqdan idarə etmək və hasil olunan enerjinin həcmini real vaxt rejimində yoxlamaq mümkündür.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Risklərin idarəedilməsi qaydaları dəyişdi – kreditlərə sığorta tələbi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edilib.

▶️ Ətraflı: vergiler.az
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azad edilmiş ərazilərdə kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımının məbləği
Dövlət büdcəsində qeyri-neft daxilolmalarının payı ilə bağlı proqnoz açıqlanıb

◼️Yenidən baxılma ilə bu ilin dövlət büdcəsində qeyri-neft sektoru üzrə gəlir 18 milyard 584,0 milyon səviyyəsində proqnozlaşdırılır.

◼️"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, neft sektoru üzrə proqnozlaşdırılan gəliri 815 milyon manat və ya 4,6 faiz üstələyir. Neft sektoru üzrə cari ildə daxil olacaq məbləğ 17 milyard 769,0 milyon manat səviyyəsində proqnozlaşdırılır.

◼️Cari il üçün dövlət büdcəsində qeyri-neft daxilolmalarının payının 51,1 faiz, neft sektoru üzrə isə 48,9 faiz təşkil edəcəyi gözlənilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Cəbrayıl şəhərində içməli və tullantı su infrastrukturları yaradılır

◼️Cəbrayıl şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 2023-cü ildə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Seçilən mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir. Cəbrayıl şəhərinin şimalında yerləşən quyu zonasında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq, şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.

◼️Layihə çərçivəsində Cəbrayıl şəhərində ümumi tutumu 7 min kubmetr olan 6 ədəd su anbarı inşa ediləcək. Hazırda 2 min kubmetr tutumu olan su anbarının və suyun Cəbrayıl şəhərinə çatdırılmasını təmin etmək üçün 3 km uzunluğunda magistral su kəmərinin, həmçinin tullantı sularının təmizləyici qurğuya ötürülməsini təmin edən 6 km uzunluğunda kanalizasiya kollektorunun inşası davam etdirilir.

◼️Cəbrayıl şəhərində 52 km içməli, 38 km tullantı və 40 km yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək. Təmizləyici qurğu və kollektor Cəbrayıl şəhəri ilə yanaşı, bəzi kəndlərin də tullantı sularının toplanaraq təmizlənməsinə imkan verəcək.

◼️Cəbrayıl şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemi ilə təmin ediləcək.

◼️Yaxın vaxtlarda Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərinə məskunlaşmanın başlanması nəzərə alınaraq həmin kəndlərdə su təchizatı sistemlərinin yaradılmasına hazırlıq işləri görülür.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azad edilmiş ərazilərdə kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı kimlərə şamil olunur?
31.05.2024

Azərbaycanda yerli və xarici investorlar üçün yaradılan imkanlar haqda məlumat verilib

SOCAR SARB və Umm Lulu yataqlarında iştirak payının 3 faizini alıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti karton istehsalının həcmini artıracaq

Xalq sənətindən biznesə: xalçaçılığın iqtisadi səmərəsi

Ağdam Sənaye Parkının ərazisinin yarıdan çox hissəsi rezidentlərin istifadəsinə verilib

Cozef Hrabina: “Azərbaycan Slovakiyanın xarici ticarət siyasətinin yeni vektoruna çevrilib”
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
HTML Embed Code:
2024/06/01 00:37:41
Back to Top